Yuğ Dövlət Teatrında Mövlanə Cəlaləddin Ruminin yaradıcılığı əsasında “Eşq, yaxud biz doğmayıq” adlı tamaşa hazırlanır. Tamaşanın sinopsisinin müəllifi və quruluşçu rejissoru gənc sənətçi Aytən Məmmədova, səhnə tərtibatçısı Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssam Lalə Əliyeva, musiqi tərtibatçısı Mələk Vəlizadə, rejissor assistenti Ər-Toğrul Kamalovdur. Rolları Əməkdar artist Məmməd Səfa, aktyorlar Qasım Nağı, Təranə Ocaqverdiyeva, Könül Cəfərzadə oynayırlar.