Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operasının tamaşası keçiriləcək. Tamaşada teatrın aparıcı solistləri - Xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta), Əkrəm Poladov (Şonar), vokalçıların Bülbül adına müsabiqəsinin laureatı Fərid Əliyev (Rudolf) və başqaları çıxış edəcəklər.
Teatrın rəhbərliyi tamaşanın professional səviyyəsini yüksəltmək məqsədilə Ukrayna və Belarusdan məşhur sənətçiləri də dəvət edib. Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Olqa Naqornaya tamaşada Mimi, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə Marsel partiyasını oxuyacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar