Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov britaniyalı teatr rejissoru Timoti Saplla görüşüb. Direktor qonağa Azərbaycan teatr sənətinin tarixi və mövcud durumu haqqında məlumat verib.
Görüşdə həmçinin Akademik Milli Dram Teatrı ilə ingilis teatrlarının əməkdaşlıq əlaqələri, birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Rejissorun növbəti mövsümlərdə Azərbaycanda tamaşa hazırlaması və Akademik Milli Dram Teatrının kollektivinin Britaniyaya qastrol səfərinin təşkili kimi məsələlər də nəzərdən keçirilib. Timati Sapl həmçinin teatrın aktyorları ilə də görüşüb.