Noyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində uşaqlar üçün Leonid Vaynşteynin “Çəkməli pişik” operası nümayiş etdiriləcək. İkipərdəli operanın librettosunun müəllifi bəstəkarın özüdür.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, dirijoru Xalq artisti Cavanşir Cəfərovdur.
Əsas rolları Əməkdar artist Fəridə Məmmədova, Anton Ferştandt, Tural Ağasıyev ifa edəcəklər.