Dövlət Teatr Muzeyi beynəlxalq festivalla bağlı səyyar fotosərgi hazırlayıb

"Cırtdan" II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının iştirakçıları ölkəmizdə kukla teatrı sənətinin keçdiyi zəngin yolla qismən də olsa tanışlıq imkanı əldə ediblər. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq keçirilən beynəlxalq festivalda səyyar fotosərgi ilə iştirak edir.
Ekspozisiyada Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə yanaşı, Naxçıvan, Gəncə, Qax, Salyan kukla teatrlarının fəaliyyətinə də nəzər salınır.
Sərgidə Azərbaycan Dövlət Kukla Teatrının 1930-cu illərə aid afişalarını, həmin dövrün truppasının bölgələrə qastrol səfərlərini, milli kukla teatrının yaradıcısı Mollağa Bəbirlinin hazırladığı marionet kuklaları özündə əks etdirən fotolar da yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar