Dekabrın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. “Zamanla üz-üzə” layihəsinin birinci mərhələsi olan tədbir çərçivəsində bəstəkarın məşhur “Eşqə səyahət” mono-operası nümayiş etdiriləcək.
Tamaşanın rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi Gela Kandelaki, dirijoru Vladimir Runçak (Ukrayna), rəssamı Elene Murdjikneli (Gürcüstan), solist isə Fəridə Məmmədovadır (Azərbaycan).
Soprano və kamera orkestri üçün yazılmış mono-opera XX əsr şairlərinin şeirləri əsasında hazırlanıb. Məlumat üçün bildirək ki, Fərəc Qarayevin yaradığı məşhur əsərlər bir sıra beynəlxalq festivallarda və konsertlərdə uğurla ifa olunaraq yüksək mükafatlara layiq görülüb.
Həmidə Nizamiqızı