Mingəçevir Dövlət Dram Teatrı Yeni il şənliklərinə hazırlaşır. Balaca tamaşaçıların bayramını daha da maraqlı etmək üçün kollektiv Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında tamaşa hazırlayır. Teatrın baş rejissoru Günay Səttarın verdiyi məlumata görə, birhissəli, doqquz şəkilli mənzum nağıl-pyesin əsasında hazırlanmış tamaşada teatrın aktyorları ilə yanaşı, teatr-studiyanın üzvləri də çıxış edəcək.