Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) görkəmli aktyor, Xalq artisti Muxtar Avşarovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçiriləcək. ATXİ-nin məsul katibi Kəmalə Cəfərzadənin sözlərinə görə, fevralın 15-nə nəzərdə tutulan tədbirdə M.Avşarovun həyat və fəaliyyətindən bəhs edən sərgi nümayiş olunacaq, aktyorun iştirak etdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət adamları aktyorla bağlı xatirələrini danışacaqlar.
Məsul katib daha bir yubiley tədbirinin isə görkəmli gülüş ustası, Xalq artisti Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcəyini qeyd etdi. Martın 22-də keçiriləcək tədbirdə Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin həyat yolu və yaradıcılıq axtarışlarından, teatr və kino sahəsində fəaliyyətindən söhbət açılacaq, mədəniyyətimizə bəxş etdiyi ölməz sənət incilərindən danışılacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar