Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu ay iki yeni tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Teatrın kiçik səhnəsində nümayiş olunacaq hər iki tamaşa maraqlı mövzusu, səhnə tərtibatı və aktyor oyunu ilə fərqlənir.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 14-də dramaturq-aktyor Məcid Vahidzadənin “Bir səbət tənhalıq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcək. Əməkdar artist Nofəl Vəliyevin quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Səhnə əsəri fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan (Eşqin Quliyev) bəhs edir.
Yanvarın 16-da nümayiş olunacaq növbəti tamaşa isə Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanıb. “Bir gecənin nağılı” adlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada Gülnaz (Zülfiyyə Alhüseynova) və Namiq (Eşqin Quliyev) adlı iki gəncin maraqlı tanışlığı və sonrakı taleyi əksini tapıb.