A.Şaiq adına Dövlət Kukla Teatrı Hindistanda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək. Bu barədə qəzetimizə məlumat verən teatrın baş rejissoru Qurban Məsimov deyib: "Festivalda yeni tamaşa ilə çıxış etmək istəyirik. Ona görə hazırda teatrda onun məşqləri gedir".
Rejissor teatrda bu il hazırlanacaq tamaşalar barədə də məlumat verib. Bu il yapon nağılının motivləri əsasında Anar Məmmədovun quruluşunda yeni tamaşa təhvil veriləcək. Bundan başqa, Elşad Rəhimzadə "Çəkməli pişik", baş rejissor özü isə "Tıq-tıq xanım" əsərlərinə quruluş verəcəklər. Sankt-Peterburqdan dəvət olunan Eduard Qaydar teatrda "Qoğal" tamaşasını hazırlayacaq.