Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqləri başlanıb. Rus xalq nağılı “Qoğal”ın motivləri əsasında hazırlanan tamaşaya Sankt-Peterburqdan dəvət olunmuş tanınmış rejissor Eduard Qayday quruluş verir. Dövlət sifarişi ilə hazırlanan səhnə əsərinin quruluşçu rəssamı Tatyana Melnikova (Rusiya), bəstəkarı Əməkdar incəsənət xadimi, teatrın musiqi hissə müdiri Cahangir Zülfüqarovdur.
Teatrın baş rejissoru Qurban Məsimovdan aldığımız məlumata görə, kollektiv bu il balacalara fərqli yozumda daha bir neçə tamaşa təqdim edəcək: “Yeni repertuarda Anar Məmmədov yapon xalq nağılı əsasında hazırladığı bir nümunə, Elşad Rəhimzadənin quruluşunda “Çəkməli pişik” əsəri olacaq. Özüm isə “Tıq-tıq xanım” nağılına yeni yozum verəcəyəm”.

Həmidə