Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 27 mart - Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir keçirilib. Teatrın direktoru Tofiq Heydərov kollektivin keçdiyi inkişaf yolundan və gələcək planlarından danışıb. Qeyd olunub ki, bu yaxınlarda yaradıcı heyət Maarif Məmmədovun “Açarını itirənlər” tamaşasını sənətsevərlərin ixtiyarına verib, hazırda italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” və Aqşin Babayevin “Xilaskar” əsərləri üzərində yaradıcılıq işləri davam edir. Tədbirin sonunda yazıçı Kamran Nəzirlinin “Şeytan işığı” tamaşası nümayiş olunub.