İrəvan Azərbaycan Dövlət Dram Teatrında şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıb. Dövlət sifarişi ilə hazırlanan tamaşaya Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verir. Səhnə əsərində İrəvan və Sumqayıt teatrlarının aktyorları rol alıblar.