Semih Kaplanoğlu:
«Məncə, Avropa kinosunun artıq çabaladığını görmək olar»
2007- ci ildə Semih Kaplanoğlunun trilogiyasının ikinci filmi olan «Süd» layihəsi Berlində Dünya Film Fondu tərəfindən dəstək aldı. Bundan sonra elə həmin il film, 60-cı Kann festivalının «Atelier» bölümünə seçildi. Ardınca dünyanın aparıcı prokat və TV şirkətləri filmlə maraqlanmağa və rejissorla görüş əldə etmək üçün fəaliyyətə başladılar.
«Yumurta», 2007
«Süd», 2008
«Bal», 2009
«Yumurta»da ananın ölümüylə başlayan, «Süd»də yetkinlik problemləri ilə davam edən, «Bal»da isə uşaqlıq sıxıntılarına dönən Semih Kaplanoğlu, 60-cı Berlin festivalının baş mükafatı - «Qızıl Ayı»nı qazandı. Mükafatlandırmadan sonra rejissorun verdiyi müsahibəni sizə təqdim edirik. Qeyd edək ki, «Bal», rejissorun «Yusif» trilogiyasının son filmidir.
- Baş mükafat həyəcanını yuxuda görsəm belə, inanmaqda əziyyət çəkərdim. Mükafatın gənc türk rejissorları və özüm üçün bir stimul olacağını düşünürəm. «Qızıl Ayı»nı ya ofisimdə qoyacam, ya da anama göndərəcəm.
İndi içim bir az boşaldı. Yəni ağladım, üstümdəkiləri ata bildim. 2005-ci ildə, Berlində «Mələyin enməsi» filmi ilə forumda yer almışdım. Ondan sonra 4 film çəkdim və daha çox şey öyrəndim. «Yumurta» nihilist bir adamın evinə dönüşü və özünü yenidən kəşf etməyindən bəhs edir. Qeyd edim ki, bu, həm də mənim həyatımla bir növ paralellik təşkil edir. Gənclik və uşaqlıq illərinə döndükcə xarakter açılır. Bu, öz içimə, özümə doğru bir yolçuluq oldu. Bəlkə, artıq indi yeni bir yol axtarmaq, hər şeyi yenidən başlamaq lazımdır. Yenə sadəlikdən uzaqlaşmadan mövzular işləmək lazımdır.
- Trilogiyanın bir hissəsi Avropa şirkətlərindən dəstək gördü və müxtəlif beynəlxalq müsabiqələrdə iştirak etdi. Amma Kaplanoğlu özünü Avropa kinosunda görmür...
- Film çəkmək üslubuma, onu ifadəetmə tərzimə, əsərdəki göstərdiyim mədəniyyətə də baxdıqda özümü Şərqdə hiss edirəm. Məncə, Avropa kinosunun artıq çabaladığını görmək olar.
- Gerçəkliyin və mənəviyyatın bir-birindən qopmamasını vacib sayırsınız. Özünüz müəllif olaraq filmlərinizi necə izah edərdiniz?
- Metafizik dediyimiz zaman və fantastika baxımından söz açmaq məcburiyyətindəyik. İçimizdəki duyğular - məntiq kimi gerçəklik və mənəviyyatın bir arada olduğunu düşünürəm. Məncə, sinemanın bu anlamda ortaya çıxan bir qatı var. Amma bunu sadəcə mənəviyyata çevirsəniz, kor-koranə başqa yerlərə gedib çıxacağıq. Həyatın içində mənəviyyatı, mənəviyyatın içində gerçəyi aramalıyıq. Filmin poeziyasını anlamağa, ona çatmağa, kiçik çəkiliş komandası ilə gerçəyin içində dərinləşməyə çalışıram. Şeir bizim torpağımızın ən yaxşı bildiyimiz məfhumudur. Bəlkə, bunu açıq görmürük, amma bu, artıq bizim qanımızda var və mən ondan çox şey öyrənirəm.
- Yusif xarakterinin özünüzlə bioqrafik olaraq eyni olduğunu deyirsiniz...
- «Yumurta»dakı şairin müəyyən vaxtda yaşadığı uğursuzluq duyğusu mənim bir ara yaşadıqlarımla eynidir. «Süd» filmindəki Yusifin şeirlə olan əlaqəsi kimi şeylər eynilik sayıla bilər. Amma ana, ata xarakterləri mənimkindən fərqlidir.
- Bildiyimə görə, ilk işiniz uğursuz alınmışdı...
- “9 Eylül Üniversitesi”nin sinema-televiziya məzunu oldum. 1984-cü ildə ağ-qara bir filmlə gəldim İstanbula. Çünki sinemanın infrastrukturu buradaydı. O filmi tanınmış müxtəlif rejissorlara və prodüserlərə göstərdim. Amma bir az fərqli bir quruluşda olduğu üçün diqqət çəkmədi.
Zaman keçdikcə anladım ki, türk sinemasının alt qatı mənim həyəcanımı qarşılayacaq bir formada deyil. Amma burada qalmaq istəyirdim. O üzdən sinemadan kənarda çalışmağa başladım.
3-4 il reklam şirkətlərində çalışdım. Eyni zamanda «Arqos» və «Gösteri» jurnallarına plastik sənətlər və rəssamlıqla bağlı yazılar yazırdım. Reklam şirkətləri və dərgilərdə işlədiyim vaxtlarda çoxşaxəli həyat tərzi keçirdim. Tez-tez iş yerlərini dəyişirdim. Kasıb evlərdə yaşayırdım, az pul qazanırdım, amma dayanmadan öyrənmək, özümə bir şeylər qazanmaq üçün önəmli illər idi...
Həmin vaxtlar «Memar Sinan» və «Eski evler, eski ustalar» sənədli filmlərində operator assistenti işlədim. 1991-ci ildə «Sinevizyon» proqramını ərsəyə gətirdim. «Takma» və digər ssenariləri yazdım. Bəziləri çox populyar oldu. Ssenari təcrübəmi artırdım. Sonunda anladım ki, artıq həyatda istədiyim peşəyə - rejissorluğa başlamalıyam.
- «Her kes kendi evinde»nin ssenarisi «Vətənsiz» adlı əhvalatla bağlıdır. Belə demək mümkünsə, həmin əhvalatla Montpellier müsabiqəsində ödül aldınız. Filmin ssenarisi necə meydana gəldi?
- Ssenari sadəcə «Vətənsiz»lə bağlı deyil. «Radikal» qəzetində dərc olunan 13- 14 yazının bir-biriylə əlaqəsiylə ssenari yarandı. Məkan duyğusu mənim üçün çox önəmlidir. Qır və şəhər, qırdakı bir ev, evin içindəki işıq, şəhərdə bir ev, evdəki işıq...
Mən xarakterləri hadisədən öncə yaradıram. Sonra həmin xarakterlər hadisəni yaratmağa başlayır. Qəzetdəki yazılar o xarakterlər arasındakı bağlantı, kərpiclər idi. Montpellier müsabiqəsinə yolladığımız isə ssenarinin ilk variantı idi. Özden Cankaya ve Serpil Kırel ilə birgə ssenarinin üzərində çox çalışdıq. Yəqin, fərqindəsiniz ki, filmdə çox hadisə yoxdu. Əksinə, atmosfer və xarakterlərin arxasınca apardıqları bir gedişat var. Bu üzdən də ssenarinin dramatik qatı çox sağlam olmalıydı. Ssenari iki, hətta üç ildə tamamlandı. Məncə, rejissorun nə demək istədiyi əvvəlcə ssenaridə bilinməlidir. Buna görə filmin yazılı həlli uzun vaxt apara bilər.
Hazırladı: Fehruz
Mənbə: www.neguzelhaber.com