Dünən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında «Böyük səhnəyə ilk addım» adlı ümumşəhər konserti keçirildi.
    Konsert 3 saylı İncəsənət Məktəbinin “Şənlik” rəqs kollektivinin ifası ilə başladı. Sonra paytaxtdakı musiqi və incəsənət məktəblərində 14 ixtisas üzrə təhsil alan birinci sinif şagirdləri bu konsertdə ilk dəfə öz bacarıqlarını böyük səhnədə nümayiş etdirdilər.
  

Məlumat üçün bildirək ki, “Böyük səhnəyə ilk addım” konserti Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə ölkəmizdə elan edilmiş Uşaq ilinə həsr olunan tədbirlər silsiləsindən ilk böyük tədbiridir.
   Hər bir ölkənin gələcək inkişafı baxımından uşaqlara göstərilən qayğının mühüm əhəmiyyət kəsb etməsi təcrübədə özünü göstərən reallıqdır. Uşaqların təhsili, sosial problemlərinin aradan qaldırılması, sağlamlıqları və mənəvi inkişafı, hüquqlarının müdafiəsi, şəxsiyyət kimi formalaşmaları, layiqli vətəndaş kimi gələcəkdə cəmiyyət həyatında yaxından iştirak etmələri üçün zəruri addımların atılması kimi məsələlər hazırda uğurla həyata keçirilən bu siyasətin aparıcı xəttini təşkil edir.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi də bu siyasətin həyata keçirilməsində mühüm işlər görür. “Böyük səhnəyə ilk addım” adlı konsert də bu dediklərimizi bir daha sübut edir.
    Bakı şəhərindəki uşaq musiqi və incəsənət məktəblərinin Direktorlar Şurası və Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə baş tutan konsertdə 36 musiqi nömrəsi ifa edildi.
   Konsertin sonunda səhnəyə ilk addımlarını atan balacalara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olundu.
   
   “Mədəniyyət”







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar