“Buxta” sənədli filminin Yaponiyada yayım hüququnu əldə edən “Cinemart” şirkəti şikayət zənglərini və çoxsaylı etirazları nəzərə alaraq filmin kino bazarına girməyəcəyini açıqlayıb. Yapon mühafizəkarlar tərəfindən “Yaponiya əleyhdarı” kimi xarakterizə edilən sənədli film delfin və balina ovçuluğundan bəhs edir. Qeyd edək ki, film Yaponiyanın Milli Taiji Parkında delfin və balinaları öldürənləri təsvir edir. ABŞ istehsalı olan sənədli filmdə adıçəkilən heyvanların sayı və onları ovlayan şirkət haqqında məlumat verilir. Film sualtı mikrofonlardan və maskalanan yüksək keyfiyyətli kameralardan istifadə edilməklə gizli olaraq 2007-ci il ərzində çəkilib. “Buxta” 82-ci Oskarın “ən yaxşı sənədli film” mükafatını alıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar