Əsmər Nərimanbəyovanın əsərləri Parisdə sərgilənib

Aprelin 2-dən 5-dək Parisin VIII rayonundakı “Rus dünyası” qalereyasında “Qadın incəsənəti” (“Femme art”) Assosiasiyasının təşkilatçılığı ilə qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə ölkəmizi Əməkdar rəssam Əsmər Nərimanbəyova təmsil edib.

Əsərləri böyük maraqla qarşılanan Əsmər Nərimanbəyova tədbirin əhəmiyyətini qeyd edib: “Assosiasiyanın ən mühüm cəhəti qadın rəssamları öz ətrafında birləşdirməsidir. Sərgidə Gürcüstandan beş, Türkiyədən dörd, Kiprdən iki rəssamın, Azərbaycandan isə yalnız mənim rəsm əsərlərimin nümayiş olunması çox təqdirəlayiq haldır. Assosiasiya digər ölkələrdən olan qadın rəssamların əsərlərinin dünyanın müxtəlif yerlərində sərgilərini təşkil edir”.
Rəssam qeyd edib ki, sərgi dinamik xarakter daşımaqla yanaşı, mövzularının çalarlığına görə iştirakçılar tərəfindən maraqla qarşılanır. Assosiasiyanın sədri Şükran Üst qadın rəssamları vaxtaşırı Türkiyəyə dəvət edir, onların yaradıcılığına hərtərəfli şərait yaradır.
Şükran Üst 2007-ci ildə yaradılan qurumun Türkiyədə 12, digər ölkələrdə 5 şöbəsinin olduğunu bildirib. “Qadın incəsənəti” müxtəlif millətlərin rəssamlıqla məşğul olan yaradıcı qadınlarını öz ətrafında birləşdirib. Hazırda 28 ölkədən qadın rəssam assosiasiyanın üzvüdür: “Qapımız hamının üzünə açıqdır. Assosiasiyanın məqsədlərindən biri də rəssamların təmsil etdikləri ölkələri dünyaya tanıtmaqdan ibarətdir. Digər məqsədimiz isə dünyaya sülh mesajı verməkdir. Dünyanı qadınlar və onların sənətləri gözəlləşdirəcək”.
Sərgidə 50-yə yaxın rəsm əsəri nümayiş etdirilib. Onların arasında Əsmər Nərimanbəyovanın yağlı boya ilə çəkdiyi əsərlər tamaşaçılar tərəfindən daha böyük maraqla qarşılanır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar