Cənubi Qafqazda ilk dəfə Bakıda yaradılan “Kukla” art qalereyasının fəaliyyətinin iki ili tamam olur. Bu münasibətlə aprelin 17-də saat 19-da Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış gürcü heykəltəraşı və rəssamı Tamara Kvesitadzenin fərdi sərgisi keçiriləcək.
“Kukla” art qalereyasının əsas vəzifəsi sənətsevərləri müasir kukla sənəti sahəsində bədii proseslərlə tanış etməkdir. Qalereyanın ekspozisiyasında Azərbaycandan Elmira Abbaslı, Pərviz Hüseynov və İrina Qundorina kimi kukla ustalarının əl işləri yer alıb. Bu sənətkarlar dərin məzmuna malik kukla kompozisiyalarının müəllifləri kimi ölkəmizdə və xaricdə yaxşı tanınırlar.
Həmçinin kukla sənətinin xarici məktəbləri (Rusiya, Ukrayna, İtaliya, Fransa) art-qalereyanın kolleksiyasında müxtəlif janrlarda işləyən tanınmış müəlliflərin işləri ilə təmsil olunur.
Tamara Kvesitadzenin fərdi sərgisi 30 aprel tarixinədək davam edəcək.
Rəssam 1968-ci ildə Tbilisidə anadan olub. Tbilisi Texniki Universitetinin memarlıq bölümünü bitirib. 1996-2000-cı illərdə ABŞ-da çalışıb. Əsərləri Almaniya, Fransa və digər ölkələrdə müxtəlif beynəlxalq sərgilərdə, Venesiya biennalesində, Nyu-Yorkda CMF qalereyasında nümayiş etdirilib. Özünün studiyası (Tamara Studio) olan rəssam hazırda Amerikada yaşayır.
Tamara Kvesitadzenin ən məşhur əl işlərindən biri Qurban Səidin “Əli və Nino” əsərinin qəhrəmanlarına həsr etdiyi “Məhəbbət” heykəlidir. Heykəl Batumidə ucaldılıb.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar