Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə artıq bir neçə ildir ki, folklor festivalı, sənətkarlıq və diyarşünaslıq sərgiləri keçirilir.
Mədəniyyət mərkəzində “Bizim qala-II” sənətkarlıq sərgisi və “Lənkəran payızı-IV” foklor festivalının yekun mərhələsi gerçəkləşib. İştirakçılar əvvəlcə sənətkarlıq sərgisi ilə tanış olublar. Sərgidə yerli ustaların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ-tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daşyonma və s. üzrə əl işləri təqdim olunub.
Festivalın yekun tədbirini Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzə açaraq layihə haqqında məlumat verib. Bildirilib ki, sənətkarlıq sərgisində 56, folklor festivalında isə 67 klub müəssisəsi təmsil olunub. Sonra folklor və yaradıcılıq klublarının üzvləri xalq mahnıları və rəqslər təqdim ediblər.
Sonda sərgi və festivalın qaliblərinə diplomlar və hədiyyələr verilib.