Film-poemanın təqdimatı keçirilib
   
   Dekabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində ulu öndər Heydər Əliyevə həsr edilən “Şərəfli ömür” film-poemasının təqdimat mərasimi keçirilib. 
   Poemanın müəllifi gənc yazar Nicat Əjdərdir. Filmin rejissoru Nazim Qurbanov, operatoru Fahir Səmədoğlu, montaj edəni Pərviz Səlimovdur. Filmdə səslənən musiqinin müəllifi bəstəkar Azər Hacıəsgərlidir. Filmdə poemanı Əməkdar artist Azad Şükürov səsləndirir. Poemanın əsas özəlliyi onun əruz vəznində yazılmasıdır. Filmdə canlı ifalar və arxiv materiallarından istifadə olunub.