Dekabrın 9-da Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım tədbiri keçirilib.
Sarayın direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev ulu öndərin müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, bütün sahələrdə olduğu kimi, milli mədəniyyətimizin də inkişafı istiqamətində misilsiz xidmətlərindən söz açıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edilib.
Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti, ölkəmizin inkişaf və tərəqqisi naminə gördüyü işlərdən danışıblar.