Dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında milli rəqs və musiqi festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festivala Azərbaycan, Gürcüstan və İrandan rəqqaslar qatılacaq.
Musiqili-əyləncəli tədbirdə Fikrət Əmirov adına Uşaq incəsənət məktəbinin “Odlar yurdu” rəqs qrupu milli rəqslərimizlə yanaşı, hind və ispan rəqslərini də təqdim edəcək.