ABŞ-ın San-Dieqo şəhərindəki kino və televiziya üzrə araşdırma mərkəzi qadınların kino sənətində fəaliyyətinə dair tədqiqatı açıqlayıb. Doktor Marta Lozenin apardığı tədqiqatların nəticələrinə əsasən, qadınların kino sahəsində fəaliyyəti zəif olaraq qalmaqdadır.
Araşdırmaya əsasən, 2016-cı ilin 250 ən populyar filminin çəkilişlərində iştirak etmiş bütün rejissorların, ssenaristlərin, prodüserlərin, icraçı prodüserlərin, montajçıların və operatorların yalnız 17 faizini, yəni altıda birini qadınlar təşkil edib. Bu göstərici 2015-ci ilin göstəricisindən 2 faiz aşağıdır. Bu qədər azalma 1998-ci ilin məruzəsində qeydə alınıb.
Ötən il kino sənətində qadın rejissorların payı 7 faizə enib. 2015-ci və 1998-ci illərdə bu göstərici 9 faiz olub. Qadın prodüserlərin payı isə 24 faiz təşkil edib.
Həmçinin məlum olub ki, qadınlar ən çox sənədli və dramatik janrlarda işləyirlər - müvafiq olaraq 24 faiz və 20 faiz.
İlona Qubadova