Saatlı Dövlət Rəsm Qalereyasında 20 Yanvara həsr olunmuş tədbir keçirilib. Tədbirdə qalereyanın dərnək üzvlərinin rəsmlərindən ibarət “Qanla yazılmış qəhrəmanlıq tarixi” adlı sərgi nümayiş olunub. Qalereyanın direktoru S.Vəliyeva, rayon MKS-nin direktoru S.Bağırov, MKS-nin Uşaq şöbəsinin müdiri N.Abbasova, Saatlı Peşə Liseyinin direktoru T.Babayev faciə ilə bağlı çıxış ediblər. 
   * * *
   Goranboy Dövlət Rəsm Qalereyası rayon Gənclər və İdman idarəsi ilə birlikdə "20 Yanvar. Fotolarda və rəsmlərdə" adlı sərgi təşkil edilib. Qalereyanın direktor əvəzi İlhamə Məmmədova 20 Yanvar faciəsinin tarixindən danışıb. Sərgidə faciənin dəhşətlərini əks etdirən fotolarla yanaşı, qalereyanın fondundakı mövzu ilə bağlı rəsm əsərləri və şəhər İncəsənət məktəbi şagirdlərinin rəsmləri nümayiş olunub. 

   S.Qaliboğlu