2016-cı ildə Azərbaycanda muzeylərə gələn ziyarətçilərin sayı 2,6 milyon nəfər, teatrlara gələn tamaşaçıların sayı isə 800 min nəfər təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin ötən illə bağlı hesabatında qeyd olunub.
Məlumatda bildirilir ki, teatrlarda tamaşalar Azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir.
Hesabatda qeyd olunur ki, hazırda respublikada dövlət əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqlarının sayı 28-dir. Azərbaycanda 33 milyon kitabxana fondu olan 3242 kütləvi kitabxana, 2650 klub müəssisəsi, 234 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.