İslam dəyərlərinin qorunması, dünyada təbliği və düzgün tanıdılması, islam mədəniyyətinə diqqət göstərilməsi bu gün bütün müsəlman ölkələrində aktual məsələdir. 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi bu baxımdan əlamətdar hadisədir.
Bununla əlaqədar olaraq Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa təşkil olunub. Muzeyin direktoru Xalis Məmmədov ötən il elan olunmuş “Multikulturalizm ili” kimi, “İslam həmrəylliyi ili”nin də tariximizdə böyük iz qoyacağını bildirib. Qeyd edib ki, ulu keçmişə malik Azərbaycan uzun əsrlər islam sivilizasiyasının mühüm mərkəzlərindən biri olub. Azərbaycan ərazisindəki qədim məscidlər bunu bir daha təsdiqləyir.
Tədbirin sonunda muzeydə islam mədəniyyəti abidələri olan məscid və məbədlərin fotolarından ibarət sərgiyə baxış keçirilib.