Yanvarın 27-də Lənkəran və Masallı Regional Mədəniyyət və Turizm idarələrinin fəaliyyətinə həsr olunmuş zona müşavirələri keçirilib. Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi Əlisultan Sadıxov, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova və idarələrin Yardımlı, Cəlilabad, Astara, Lerik rayonları üzrə nümayəndələri və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamının icrasının təmin edilməsi, regional idarələrin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib, regional idarələrin yeni əsasnamələri və ştat cədvəlləri barədə məlumat verilib.
* * *
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Zəngilan və Qubadlı rayon nümayəndəliklərində mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib. Müşavirədə hər iki rayonun klub, muzey və kitabxana işçiləri, o cümlədən, musiqi məktəblərinin müəllim kollektivi iştirak edib.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, həmkarlar təşkilatı, maliyyə, kadr islahatı, daxili subordinasiya məsələləri barədə məlumat diqqətə çatdırılıb.