Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət mərkəzində seminar-müşavirə keçirilib.
Tədbirdə regional idarənin, rayon Mədəniyyət mərkəzi filiallarının və rayon MKS-nin əməkdaşları iştirak edib.
Seminar-müşavirədə çıxış edən Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Əhməd Ramazanov ötən il görülən işlərdən və 2017-ci ildə həyata keçiriləcək tədbirlərdən danışıb. Mədəniyyət müəssisələrinin fəaliyyəti və mövcud vəziyyəti müzakirə edilib. Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində təşkil olunacaq tədbirlər haqqında fikir mübadiləsi aparılıb.