Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Bərdə və Tərtər rayonlarından sonra Yevlax və Mingəçevir şəhərlərindəki nümayəndəliklərdə də müşavirələr keçirilib.
İdarənin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə keçirilən müşavirələrdə Yevlax və Mingəçevirdəki mədəniyyət müəssisələrinin fəaliyyətindən söz açılıb. Ölkə Prezidentinin sərəncamı ilə bu ilin “İslam həmrəyliyi ili” elan olunmasının əhəmiyyəti və bu çərçivədə müxtəlif mədəni-kütləvi tədbirlərin təşkilinin vacibliyi vurğulanıb. Həmçinin, istedadlı gənclərin üzə çıxarılması üçün festival və müsabiqələrin təşkilinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə Bərdə Turizm İnformasiya Mərkəzinin fəaliyyətindən də bəhs olunub və qurumun Mingəçevir şəhərində yerləşən mədəniyyət və istirahət mərkəzləri ilə qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyi qeyd edilib.