Fevralın 6-da Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin Salyan rayonu üzrə mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
Toplantıda regional idarənin tabeliyində olan mədəniyyət ocaqlarının iş rejimi və bu istiqamətdə zəruri tədbirlərdən söz açılıb. Regional idarə tərəfindən mədəniyyət müəssisələrində nizam-intizamın yoxlanması məqsədilə monitorinq qrupu yaradılıb. Əməkdaşları maraqlandıran suallara cavablar verilib.