Bakı sakinləri və şəhərin qonaqları üçün
Fevralın 11-də Milli İncəsənət Muzeyində növbəti aksiyaya start veriləcək. Muzeydən bildirilib ki, iki gün davam edəcək aksiya çərçivəsində muzeyə giriş 1 AZN məbləğində təşkil ediləcək.
Bu məqsədlə muzeyin rəhbərliyi paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olan hər kəsi bu fürsətdən yararlanmağa dəvət edir.
Aksiya çərçivəsində iştirakçılar muzeyin zəngin ekspozisiyası, milli dəyərlərimiz və dünya mədəni irsini özündə əks etdirən əsərlərlə tanış ola biləcəklər. Həmçinin qonaqları müxtəlif viktorinalar, tematik ekskursiyalar (Azərbaycan və rus dillərində) və digər əyləncəli proqramlar gözləyir.