Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin yanvarından yerlərdə fəaliyyətə başlayan regional idarələrindən biri də Şəki Regional Mədəniyyət və Turizm İdarəsidir. İdarənin fəaliyyətinə həsr olunmuş zona müşavirəsində nazirliyin Regionlarla iş sektorunun məsləhətçisi Əlisultan Sadıxov, regional idarənin rəisi Mirvari Zeynalova, Oğuz, Qax, Zaqatala, Balakən rayonları üzrə nümayəndələr və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçılarına “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” dövlət başçısının 29 mart 2016-cı il tarixli sərəncamının icrasının təmin edilməsi, nazirliyin regional idarələrinin yeni əsasnamələri və ştat cədvəlləri barədə geniş məlumat verilib.
Mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkil edilməsi və digər məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanıb.