11-12 fevral tarixində Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri keçiriləcək.
Çətən - eyni diametrli qamış və ya ağac çubuqlarından hazırlanır. Naxışlı çətənlər döşəməyə salınır, alaçıqdakı divarların bəzədilməsində, arakəsmə və pərdə kimi istifadə olunur.
Dərsləri Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı, Rəssamlar İttifaqının üzvü Tariyer Bəşirov keçəcək. O, 33 ildir ki, xalçaçı-rəssam kimi fəaliyyət göstərir və bir sıra portret, tematik xalça və çətənlərin müəllifidir.