Rusiya Federasiyası Dağıstan Respublikasının Rəsul Həmzətov adına Xasavyurt Mərkəzi kitabxanası Rus Dünyası Fondunun dəstəyi ilə rus ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) vəfatının 180 illiyi ilə əlaqədar “Jivoy Puşkin” adlı beynəlxalq layihə keçirir. Aksiyanın məqsədi gənc nəslin Puşkin irsinə marağını artırmaq, böyük şairin yaradıcılığını təbliğ etmək, rus klassik mədəniyyətini tanıtmaqdır.
Cəlilabad rayon MKS Puşkin yaradıcılığını oxuculara daha yaxından tanıtmaq məqsədilə bu layihəyə qoşulub. “Rus ədəbiyyatının günəşi” adlı layihənin rəhbəri MKS-nin Uşaq şöbəsinin müdiri Rəna Təhməzovadır.
Dörd mərhələdə keçiriləcək layihə fevral ayından may ayınadək davam edəcək. İyunun əvvəlində beynəlxalq layihənin iştirakçıları Puşkinin vətənində - Nijni Novqorod vilayətindəki “Boldino” memorial muzey-qoruğunda bir araya gələcəklər.