Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsinə dair tədbirlər planı təsdiq edilib.
Tədbirlər planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinə həvalə olunub.
Planda islamdaxili həmrəylik, islam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər əksini tapıb.