Nizami Kino Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Azərbaycanın Milli Qəhrəmanı Vəzir Sədiyev haqqında çəkilmiş “Dəmir mayor” sənədli filminin nümayişi keçirilib.
Filmin rejissoru Zamin Məmmədov, ssenari müəllifi Vüqar Əsgərov sənədli lentin ərsəyə gəlməsindən danışıblar. Milli Qəhrəmanın ailə üzvləri Vəzir Sədiyev haqqında xatirələrini bölüşüblər, onun professional hərbiçi olması barədə söz açıblar.
Çıxış edənlər bu mövzuda filmlərin gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını vurğulayıblar.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin əməkdaşları iştirak edib.