Fevralın 23-də görkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin anadan olmasının 136-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda ədibin məzarı ziyarət edilib.
Anma tədbirinə bir sıra xatirə muzeylərinin əməkdaşları, ədibin adını daşıyan 54 nömrəli orta məktəbin müəllim və şagirdləri, tələbələr qatılıblar.
Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, muzeyin böyük elmi işçisi Arzu Hacıyeva çıxış edərək ədibin həyat və yaradıcılığından danışıblar. A.Şaiqin əsərlərindən ibarət kompozisiya təqdim edilib.