Nizami Kino Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilmiş “Kağız qəbir” filminin təqdimatı keçirilib.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri Xəyal Rza çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışıb, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu diqqətə çatdırıblar.
Qeyd olunub ki, bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən film Türkiyədə də ictimaiyyətə təqdim olunacaq.
Ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan filmdə baş rolları aktyorlar Anar Əliyev və Leyla Babayeva canlandırıblar.