Əməkdar jurnalist Rəşid Faxralının yeni çapdan çıxan “Bayraqtəpə” kitabı Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin aprelində əldə etdiyi qələbəyə həsr olunub.
2016-cı ilin 1-4 aprelində Ermənistan silahlı birləşmələrinin cəbhədə irimiqyaslı təxribatlarının qarşısını almaq üçün Azərbaycan ordu bölmələri əks-həmlə əməliyyatı keçirdi. Əməliyyat nəticəsində Cəbrayıl rayonu ərazisindəki Lələtəpə yüksəkliyi, Tərtər rayonunun Talış kəndi yaxınlığında ərazilər düşməndən azad edildi. Talış kəndi yaxınlığında strateji əhəmiyyətli adsız yüksəklik nəzarətə götürüldü, həmin yüksəklik “Bayraqtəpə” adlandırıldı.
“Bayraqtəpə” kitabı bu mövzuda məqalələrdən və eyniadlı poemadan ibarətdir.