Ölkəmizin Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib. Tədbirdə səfirlikdə və mərkəzdə çalışan xanımlar, Daşkənddəki diasporumuzun fəal qadın üzvləri iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfirinin xanımı Gülzar Quliyeva bayram münasibətilə qadınları təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O, 8 Mart bayramının tarixi, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı haqqında söhbət açıb, Özbəkistanda yaşayan qadınlarımızın ictimai işlərdə fəal olduqlarını da diqqətə çatdırıb.
Tədbir bayram süfrəsi ətrafında davam etdirilib. İlham Abdullayev sazda qədim el havalarımızı, müğənni Rəna Əzizova xalq mahnılarımızı və təsniflərimizi ifa edib.