Rejissor İlqar Safatın “İçərişəhər” bədii filmi Hindistanın Kottayam və Nilambur beynəlxalq film festivallarına dəvət alıb.
Filmin nümayişi 12-də Kerala ştatının Kottayam şəhərində, martın 17-də və 21-də isə Nilambur şəhərində baş tutacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan ekran əsəri psixoloji dram janrındadır.
Filmin ideya və ssenari müəllifi Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.