Rusiya Federasiyası Baş nazirinin müavini Olqa Qolodets Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyinin irəli sürülməsini dəstəklədiyini bildirib.
O.Qolodets bu barədə martın 15-də TASS agentliyinə müsahibəsində deyib. “Polad Bülbüloğlu gözəl insan və ictimai xadimdir. O, dünya mədəniyyətinə dərindən bələd olması, mədəni inkişafın tarixini gözəl bilməsi, həm də hər bir milli mədəniyyətin dəyərini hiss etməsi ilə fərqlənir”, - deyə o bildirib.