"Mikayıl Müşfiqin abidəsi Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti altında bərpa olunub”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, abidə yerinə qoyulanda ona heç bir ziyan vurulmayıb: “Bu məsələ dərhal nəzarət altına götürüldü. Bərpa layihəsinə Azərbaycan Memarlar İttifaqı və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən baxılıb, təsdiqlənib”.
Qeyd olunub ki, bu gün həm paytaxtda, həm də regionlarda quruculuq-abadlıq, yenidənqurma işləri görülür: “Bu proseslər davam edəcək. Bakıda aparılan işlər onu göstərir ki, şəhərin inkişafı düzgün istiqamətdədir. Lakin dövlət qanunvericiliyi çərçivəsində bu işlər razılaşdırılmalı, layihələndirilməli və düzgün istiqamətləndirilməlidir. İctimaiyyət bu haqda qabaqcadan xəbərdar edilməlidir. Bizim mövqeyimiz bundan ibarətdir”.
Qeyd edək ki, M. Müşfiqin heykəli martın 27-də yerinə qoyulub. Abidə əvvəl yerləşdiyi ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Ərazidə abadlıq işlərinə başlanılıb.