Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb. Belarusun böyük ənənələrə və elmi-kadr potensialına malik ali təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində milli mədəniyyətin tanıdılması və təbliği istiqamətində, habelə mədəniyyət müəssisələrinin inkişafına xidmət edə biləcək birgə layihələrin reallaşması nəzərdə tutulur.
   O cümlədən “Mədəniyyət müəssisələri və müasir menecment”, “Mədəniyyətdə marketinq”, “Mədəniyyətdə peşəkarlıq meyarları” və s. mövzulara həsr olunmuş dəyirmi masaların keçirilməsi və metodiki vəsaitlərin hazırlanması planlaşdırılır.