Türkiyənin paytaxtı Ankarada “Yeni informasiya texnologiyaları və kitabxanalar” mövzusunda 53-cü Beynəlxalq kitabxana həftəsi keçirilir. Azərbaycan Milli Kitabxanasından bildirilib ki, ölkəmizin də qatıldığı tədbirdə Bosniya və Herseqovina, Albaniya, Özbəkistan, Türkmənistan, Qazaxıstan və digər ölkələrin milli kitabxanalarından nümayəndələr iştirak edir.
   Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı çıxış edərək ölkəsində kitabxana işinin vəziyyətindən və kitab çapından danışıb.
   Paneldə Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılovanın “Yeni informasiya texnologiyalarının milli kitabxanalara tətbiqi” mövzusunda məruzəsi dinlənilib. O, son illərdə Milli Kitabxanada tətbiq olunan yeniliklərdən söz açıb.
   Ankarada 53-cü Beynəlxalq kitabxana həftəsi aprelin 2-dək davam edəcək.