Məşhur hollandiyalı rəssam Vinsent Van Qoqa (1853-1890) məxsus olan, 15 il əvvəl oğurlanmış iki rəsm əsəri Amsterdam şəhərinə qaytarılıb. Bunlar “Sheveningendə dəniz mənzərəsi” (1882) və “Dindarlar Nyuenen protestant kilsəsindən çıxırlar” (1884) tablolarıdır.
   Bu əsərlər Van Qoqun sənətinin əsas nümunələrindən sayılır. Hər birinin dəyəri 50 milyon avro təşkil edir. 
   “Onlar qayıdıblar. Heç vaxt fikirləşmirdim ki, bu sözləri deyə bilərəm” - muzeyin direktoru Aksel Ryuqer öz çıxışında bildirib.
   Amsterdam muzeyindən rəsmlər 2002-ci ildə oğurlanmışdı. Oğrular 2004-cü ildə ələ keçsələr də, rəsm əsərlərini axtarıb tapmaq mümkün olmamışdı. İtaliya polisi 2016-cı ilin sentyabr ayında rəsmləri tapa bilmişdi.
   Van Qoqun tapılmış rəsmlərində kiçik qüsurların olmasına baxmayaraq, bütövlükdə əsərlərin vəziyyəti qənaətbəxşdir. 

   İlona