Ağsuda müasir hərb tariximizə şanlı səhifə kimi yazılmış Aprel döyüşlərində şəhid olan Toğrul Fərəczadənin ömür yolundan bəhs edən “Daş heykəlin nağılı” kitabının təqdimatı keçirilib. Mərasimdə rayon rəhbərləri, şəhidin yaxınları, məktəb və döyüş yoldaşları, doğulub boya-başa çatdığı Bico kəndinin sakinləri iştirak ediblər.
   Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Təhsil şöbəsinin müdiri Tahir Xasıyev, aktyor Əli Nur və başqaları çıxış edərək Azərbaycan əsgərlərinin ötən ilin aprelində göstərdikləri şücaətdən danışıblar. Şəhidin doğma və yaxınları, müəllimləri onunla bağlı xatirələrini bölüşüb, kitabın müəllifi Rəfiqə Rafiqızına təşəkkür ediblər.