Əl işləri festivalı keçiriləcək
   
   Aprelin 14-15-də “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində “Təxəyyülün gücü” VII Əl işləri festivalı keçiriləcək. Tədbirdə keramika və ebru sənəti ustalarının ustad dərsləri təşkil olunacaq.
   Festivalda təbii kosmetik vasitələr, milli gəlinciklər, toxuma, keçə, gildən oyuncaqlar, ev üçün dekor aksessuarları, yağlı və akvarel boya rəsmləri, keramika, şüşə qablar üzərində vitraj, ağacdan oyma işləri, saç düzümləri üçün polimer güllər, gül çələngləri və s. əl işləri satışa çıxarılacaq.

   Soltan