Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-cü bəndinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin dəstəklənməsi məqsədilə 2017-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları 2017-ci ilin may ayının 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə nazirliyə təqdim etməlidir.
1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
2. QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
3. Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
4. Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
5. Tədbirin keçiriləcəyi yer və tarix;
6. Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
7. Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan:
AZ 1000, Bakı şəhəri, Hökumət evi, Ü.Hacıbəyli küçəsi 40.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Qeyri-hökumət təşkilatları ilə iş sektoru.
Əlaqələndirici şəxslər:
Rəşad Əliyev
Arzu Məmmədzadə
Rəvanə Abdullayeva
E_mail: qht.medeniyyet@gmail.com
qht@mct.gov.az
Tel: (012) 498-79-21/53
Müsabiqədə iştirak etmək üçün təqdim olunacaq sənədlərin anket formasını aşağıdakı linklərdən əldə edə bilərsiniz:
1. Müşayiət məktubu
2. Tədbirin yazılış forması
3. Büdcənin tərtibinə dair təlimat
4. Tədbir haqqında qısa məlumat
5. Anket forması
6. Tədbir mövzuları
7. Digər şərtlər
8. Əlavə anket