Aprelin 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransa təqdim olunan məruzələrdə ədəbiyyat incəsənətin bir sahəsi kimi təhlil və təqdim edilib, ədəbi əsərlər, janr və üslublar, ədəbi cərəyanlarla yanaşı, xalqların ictimai, mədəni inkişafı, mədəni və ədəbi əlaqələri qarşılıqlı tədqiq olunub, ədəbiyyatşünaslıq məsələlərinə fəlsəfi, sosioloji, tarixi kontekstdən yanaşılıb.
“Mədəniyyətlərin dialoqu: Şərq və Qərb təmasları”, “Bədii tərcümə ədəbiyyatların inteqrasiyasının əsas amili kimi” və “Şərq-Qərb dixotomiyası kulturoloji kontekstində” mövzulu üç seksiyada ümumilikdə 56 məruzə dinlənilib.